“Monako” Marsel “Olimpik”inə səfərdə qalib gəldi

Futbol üzrə Fransa çempionatında 27-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.

“Reyms” – “Strasburq” matçında qalib müəyyənləşməyib. “Sent-Etyen” “Mets”i, “Nant” “Monpelye”ni, “Renn” isə “Anje”ni məğlub yola salıb. Son çempion “Lill” də “Klermon”la ev oyununda darmadağına sevinib.

“Bordo” doğma meydanda “Trua”ya uduzub. Marsel “Olimpik”i isə “Monako” ilə görüşdən məğlubiyyətlə ayrılıb.

Fransa Liqa 1
27-ci tur

4 mart

Loryan – Olimpik (Lion) 1:4
Qol: Moffi, 57 – Fevr, 5; 78. Dembele, 26. Ekambi, 59.

5 mart

Lans – Brest 0:1
Qol: Honorat, 59.

Nitsa – PSJ 1:0
Qol: Delor, 88.

6 mart

Sent-Etyen – Mets 1:0
Qol: Bouanqa, 52.

Bordo – Trua 0:2
Qol: Pussin, 28-öz qapısına. Motiba, 87-pen.

Nant – Monpelye 2:0
Qol: Muani, 69. Gebbels, 90+2.

Reyms – Strasburq 1:1
Qol: Kayuste, 84 – Bellaqar, 69.

Renn – Anje 2:0
Qol: Buriqe, 33. Laborde, 87.

Lill – Klermon 4:0
Qol: Bamba, 3. David, 71. Z.Çelik, 84. Jerqova, 90.

Olimpik (Marsel) – Monako 0:1
Qol: Martins, 58.

Xəbəri sosial şəbəkələrdə paylaş: