“Monako”nun yarımmüdafiəçisi Jan Lukas bundan sonra karyerasını Braziliyanın “Santos” klubunda davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
25 yaşlı futbolçu Braziliya klubu ilə müddəti 2027-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. “Monako”nun bu transferdən nə qədər qazandığı açıqlanmır.
Jan Lukas 2021-ci ilin avqust ayında Lion “Olimpik”indən 11 milyon avro qarşılığında knyazlıq klubuna keçmişdi. O, bu komandada 49 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Lukas Lion “Olimpik”ində və “Brest”də də oynayıb. Braziliyalı futbolçu karyerasının ilk illərində ölkəsində “Flamenqo”nun da uğurları üçün çalışıb. O, “Flamenqo”da olarkən 2019-cu ildə “Santos”da icarədə olub və bu komandada 9 oyun keçirib, 1 assistlə yadda qalıb.


