Mourinyo “Leççe” üzərində qələbə haqda: “Dəlisov oyun idi”

“Roma”nın portuqal baş məşqçisi Joze Mourinyo “canavarlar”ın İtaliya A Seriyasında “Leççe” üzərində əzmkar qələbəsindən danışıb.

Arena.az xəbər verir ki, portuqal mütəxəssis qazandıqları əzmkar qələbəni belə şərh edib:

“Əlavə edilmiş vaxtda bu qədər qol vurmağın səbəbi? İnanıram ki, bu ürək və mentalitetdir. Mən, bilmirəm, altı-yeddi komanda çalışdırmışam, amma heç bir komandanı xatırlamıram ki, final fitinə bir neçə dəqiqə qalmış evdə uduzsun, azarkeşlər isə onları irəli qovmağa davam etsinlər.

Məşqçi dəyişikliklərindən sonra komanda tamamilə tarazlığını itirdi, amma yaxşı ki, qol vuracaq birimiz var. Təbii ki, daha çox qol buraxa bilərdik, rəqibin imkanları vardı. Çılğın oyun idi. İndi həqiqətən üç xala ehtiyacımız var”, deyə Mourinyo bildirib.

Xatırladaq ki, noyabrın 5-də İtaliya A Seriyasının 11-ci turu çərçivəsində “Roma” “Olimpiko” stadionunda “Leççe” üzərində əzmkar qələbə qazanıb. Qonaqların 71-ci dəqiqədə Pontus Almkvistlə önə keçməsini “canavarlar” 90+1 və 90+5-ci dəqiqələrdə müvafiq olaraq Sərdar Əzmun və Romelu Lukakunun qolları ilə cavablayaraq, inanılmaz qələbəni təmin ediblər.

11 turdan sonra “Roma” A Seriyasının turnir cədvəlində 17 xalla 7-ci, “Leççe” isə 13 xalla 11-ci pillədə qərarlaşıb. İtaliya çempionatına 28 xalla “İnter” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: