Murad Məmmədov “Zalsburq”a qarşı 10 dəqiqə oynadı

Bu yay “Neftçi”dən ayrılaraq Kiprin “Pafos” klubuna transfer olunmuş Murad Məmmədov yeni komandasının heyətində növbəti rəsmi oyununa çıxıb.

Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Avstriyanın “Zalsburq” komandasına qarşı keçirdikləri ilk oyunun iştirakçısı olub.

Azərbaycanlı vinger Avstriyada baş tutmuş bu matçın 80-ci dəqiqəsində Aleksandre Britunun əvəzinə meydana çıxıb. “Pafos” səfər görüşündə rəqibinə 0:1 hesabı ilə uduzub. Matçın yeganə qolunu 88-ci dəqiqədə Tabakoviç vurub.

Bu komandalar arasındakı cavab oyunu avqustun 13-də Limasol şəhərində keçiriləcək.

Xatırladaq ki, Murad Məmmədov bu yay qoşulduğu “Pafos”un heyətində hələlik 2 rəsmi matçda forma geyinib. Gənc futbolçu hələlik bu görüşlərdə məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: