Murad Xaçayev “Neftçi”də – Rəsmi

Bir neçə gün öncə “Sumqayıt”dan ayrılmaış Azərbaycan millisinin yarımmüdafiəçisi Murad Xaçayev “Neftçi” ilə anlaşıb.

Arena.az bu barədə Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Xaçayevlə 2 illik müqavilə imzalanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 27 yaşlı müdafiəçinin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub.

O, Sumqayıt təmsilçisində “Neftçi”nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb.

Murad Xaçayev 7 ildir formasını geyindiyi “Sumqayıt”ı bu yay tərk edib. Yarımmüdafiəçi 2018-ci ilin iyul ayından “Sumqayıt”ın uğurları üçün çalışırdı. O, bu müddət ərzində 176 qarşılaşmada meydana çıxıb. Yarımmüdafiəçi 6 dəfə rəqib qapılarına yol tapıbsa, 9 məhsuldar ötürmə müəllifi olub.

Xaçayev Azərbaycanın U-19 yığmasında çıxış edib, əsas millimizdə 1 oyun keçirib.

“Neftçi” daha öncə Sessi D’Almeyda və Luis Ortisi də transfer etmişdi. Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo, Filip Ozobiç və Ervin Koffi paytaxt klubunu tərk ediblər. Emil Balayev isə bu klubla yeni müqavilə bağlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: