İspaniyalı veteran müdafiəçisi Naço Monreal “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldun “Real”a mümkün keçidi ilə bağlı fikrini açıqlayıb.
Arena.az Naçonun müvafiq açıqlamasını təqdim edir:
“Bu, əla müqavilədir. O, yaşı oyunçudur və bunu çoxillərdir sübut edir. Trent “Real”a faydalı olardı, xüsusən indi, Daniel Karvaxalsız “Real”a”.
Naço Monreal “Real”ın 29 yaşlı fransalı sol cinah müdafiəçisi Ferlan Mendi haqda da qənaətini açıqlayıb:
“Mənim fikrimcə, Ferlan Mendi – dünyada “Real” üçün ən yaxşı sol cinah müdafiəçisidir. Demək olar ki, hamının hücum etdiyi komandada onun kimi, müdafiəyə köklənmiş kəs gərəkdir”, deyə Naço fikrini əsaslandırıb.
Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin iyul ayından “qırmızılar”ın əsas komandasında çıxış edir.
İngilis futbolçunun Mersisayd klubu ilə cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.
Aleksander-Arnoldun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 349 oyun, 22 qol və 88 məhsuldar ötürmədən ibarətdir.
Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.
Trent 2018-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sağ cinah müdafiəçisinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.
Ferlan Mendi “Real”a 2019-cu ilin iyul ayında 48 milyon avro məbləğ müqabilində Lion “Olimpik”indən tamhüquqlu əsasda keçib.
Fransalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Mendi “Real” üçün 30 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. Ferlanın “qaymaqlılar”ın heyətində çıxışının ümumi mənzərəsi 200 oyun, 6 qol və 9 məhsuldar ötürmədən ibarətdir.
Mendi daha öncə “Olimpik” (Lion) və “Havr” klublarının da formasını geyinib. O, 2018-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 10 oyun keçirib.
“Transfermarkt” internet-portalı 29 yaşlı fransalı sol cinah müdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.