Nagelsman: “Fürsətlərimizi gerçəkləşdirə bilmədik”

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman UEFA Millətlər Liqasının Fransa yığması ilə 3-cü yer uğrunda oyununu şərh edib.

Arena.az məlumat verir ki, “bundestim” “xoruzlar”a 0:2 hesabı ilə məğlub olub.

Nagelsman matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Fikrimcə, bizim komandamız çərşənbə günü olduğundan fərqli, bu gün özünə daha çox bənzəyirdi. Topla fəaliyyətdə, əks-oyunda, təpkidə. Düşünürəm ki, oyuna görə bu gün hər şey qaydasında idi. Biz çoxlu məqamlar yaratdıq, amma unutmayaq ki, bu, futboldur. Burada ən əsası – qollardır, biz isə bu gün çoxsaylı qol fürsətlərimizi gerçəkləşdirmədik.

Əgər bu gün birinci hissədə bizim etdyimiz kimi, belə yaxşı məqamlar yaradılırsa, onda adətən hesabda önə keçilir. Həm də hesabda hətta bir topdan artıq fərqlə üstünlük qazanılır. Düşünürəm ki, birinci hissədə biz üç və ya dörd qol vura bilərdik. Oxşar duyğuları biz Avropa çempionatında İspaniya yığması ilə oyunda yaşamışdıq (AÇ-2024, 1/4 final oyunu, İspaniya – Almaniya – 1:2, əsas vaxt 1:1)”, – UEFA-nın rəsmi saytı 37 yaşlı alman mütəxəssisdən sitat gətirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: