Nagelsman: “İtaliya ilə cavab oyununa hazırıq”

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman UEFA Millətlər Liqasının 1/4 finalının İtaliya yığması ilə cavab oyunu haqda danışıb.

Arena.az Alman Futbol İttifaqının (DFB) rəsmi saytına istinadən, alman mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Bizə bəzi taktiki təshihlər gərəkdir, amma bunlar əsaslı dəyişikliklər olmayacaq. Güman ki, bir-iki dəyişiklik.
Biz necə oynayacağımızı oyun ərəfəsində müəyyənləşdirəcəyik – bizə üstünlüyümüzü saxlamaq və ya yenə də qollar vurmaq gərəkdirmi. Bu, çox vacib qərar olacaq. Biz başa düşürük ki, İtaliya yığması qələbəyə oynayacaq. Komandanın itirəcəyi yoxdur. Ona görə də oyuna 0:0 hesabından başlayacağıq.

İtaliya yığması – çevik komandadır, amma mən müvafiq xüsusa görə həyəcanlanmıram. Biz buna tamamilə hazırıq. Biz meydanda diqqətimizi qoruyub-saxlayacağıq və onların bütün hücum cəhdlərinin qarşısını almağa çalışacağıq. Düşünürəm ki, bu oyunda topa sahibolma həlledici amil olacaq”, deyə Nagelsman vurğulayıb.

Almaniya – İtaliya oyunu bu gün, martın 23-də Dortmunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

Xatırladaq ki, komandalar arasında Milanda keçirilmiş ilk oyun Almaniya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: