“Nant” futbolçusunu “Yanq Boyz”a satdı

İsveçrə təmsilçisi “Yanq Boyz” “Nant”ın əlcəzairli sol cinah müdafiəçisi Jauen Adjamı tamhüquqlu əsasda heyətinə qatıb.

Arena.az bu barədə “Yanq Boyz”un rəsmi saytına istinadən məlumat verir.

Transfer İsveçrə klubuna 1,3 milyon avro müqabilində başa gəlib. “Yanq Boyz” Adjamla müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Jauen Adjam PSJ-nin yetirməsidir. Adjam karyerası ərzində “Kretey”, “Paris” və “Nant”da çıxış edib.

Cari mövsümün ilk yarısında Adjam “Nant”ın heyətində 8 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Jauen Adjam Əlcəzair yığmasının heyətində 2023-cü ilin mart ayında debüt edib və cəmi 2 oyun keçirib. Buna qədər Adjam Fransanın U-17, U-19, U-20 yığmalarında çıxış edib, amma son seçimini tarixi vətəni Əlcəzairin xeyrinə edib.

“Transfermarkt” internet portalı 20 yaşlı əlcəzairli sol cinah müdafiəçisinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: