İtaliya A Seriyasının cari çempionu “Napoli”nin prezidenti Aurelio de Laurentis məhkəmə qarşısında hesabat verməli olacaq.
Arena.az xəbər verir ki, De Laurentis 2020-ci ilin yayında nigeriyalı mərkəz hücumçusu Viktor Osimhenin “Lill”dən 70 milyon avro məbləğə və əlavə olaraq 10 milyon avro üstəliyə alınması barədə yalan hesabat yaydığına görə mühakimə ediləcək.
Bu barədə “Roma Corriere” dərgisi məlumat yayıb. Mənbənin məlumatına görə, hazırda Roma prokurorluğu De Laurentisin bu xüsusda fəaliyyətini araşdırır. İttihama görə, bazar əməliyyatı “Napoli” akademiyasının üç oyunçusunun və qeyri-bazar qiymətləri müqabilində satılmış dördüncü qeydiyyatdan keçmiş oyunçunun saxta vəsait artımlarında istifadə etməklə həyata keçirilib. Covanni Palmyeri (7 milyon avro), Orestis Karnezis (4,8 milyon avro), Klaudio Manzi (4 milyon avro) və Luka Liquori (4 milyon avro) sövdələşmədə adları keçən futbolçulardır.
Bu futbolçuların heç biri Fransa klubu tərəfindən icarəyə götürülməyib. Akademiyanın üç futbolçusu isə aşağı liqalarda çıxış etdiyi İtaliyada icarə əsasında qalıb.
Vurğulayaq ki, ittiham çox ciddidir. Buna görə veriləcək mümkün cəzanın kluba təsiri ehtimalı böyükdür.
Son İtaliya çempionu olan “Napoli” bu mövsüm uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Neapol təmsilçisi hazırda 20 oyuna topladığı 31 xalla 9-cu pillədə qərarlaşıb.


