“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın hücumçusu Viktor Osimhenin müqaviləsi ilə bağlı vəziyyətdən danışıb.
Arena.az məsələni diqqətdə saxlayan məşhur italyan jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən Aurelio De Laurentisin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Bizim Osimhenlə müqaviləni daha iki il uzatmaq üçün prinsipial razılaşmamız var. Hər hansı klubdan rədd edilə bilməyən təklif alınarsa, biz bunu düşünüb klub üçün ən yaxşı qərarı verəcəyik”.
2022/2023 mövsümündə Osimhen “Napoli”nin heyətində 39 oyuna çıxıb. O, bu oyunlarda 31 qol vurub və 5 məhsuldar ötürmə ilə fərqlənib, komandası ilə İtaliya çempionluğunu qazanıb.
Osimhenin “Napoli” ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.
“Transfermarkt” internet-portalı Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl “Bayern”in Osimhenlə maraqlandığı haqda xəbərlər yayılmışdı.


