Nasser Əl-Xelaifi: “Luis Enrike bizimlə qalacaq”

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Paris komandasının ispan baş məşqçisi Luis Enrikeyə dəstək çıxışı ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, qətərli iş adamı Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunun “Zalsburq”la səfər oyunundakı 3:0 hesablı qələbədən sonra Luis Enrikeyə dəstəyini nümayiş etdirib:

“Luis Enrike bizimlə qalacaq. Biz onunla uzunmüddətli layihə qururuq, o, bunu bilir. O, çox yaxşı məşqçidir… Dünyanın ən yaxşı məşqçisisi bizimlədir.

“Zalsburq”la oyun çox vacib idi. Hətta deyə bilərsiniz ki, o, Çempionlar Liqasında oynamağa davam etmək üçün həlledicidir. Biz yaxşı oynadıq, qollar vurduq və bu, bizə gələcəyə böyük inam yaradacaq”, – “Marca” nəşri Əl-Xelaifidən sitat gətirir.

6 oyundan 7 xalla PSJ UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 25-ci pillədə qərarlaşıb. Bu mövqe isə Fransa nəhənginə mötəbər yarışın ələmə mərhələsinə vəsiqəni təmin etmir. Qarşıdakı iki oyun PSJ üçün Çempionlar Liqasında mübazrizəsini davam etdirmək baxımından həlledici olacaq. PSJ gələn il yanvar ayının 22-də “Mançester Siti”ni qəbul edəcək, yanvarın 29-da isə Fransa nəhəngi “Ştutqart”ın “qonağı” olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: