Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 8-ci turu çərçivəsində baş tutan “Zvikkau” ilə qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Qarşılaşma “Ersgebirge”nin növbəti məğlubiyyəti ilə başa çatıb – 0:1.
Dmitri Nazarov bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qələbəyə həsrət olan “Ersgebirge” 8 turdan sonra 3 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


