Nazarov qol vurdu, komandası ilk qələbəsini qazandı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 10-cu turu çərçivəsində baş tutan “Meppen”lə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Qarşılaşma “Ersgebirge”nin qələbəsi ilə başa çatıb – 3:0. Bu, Aue təmsilçisinin yeni mövsümdəki ilk qələbəsidir.

Dmitri Nazarov bu matça start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da yığmamızın yarımmüdafiəçisi vurub. O, 45+5-ci dəqiqədə fərqlənib.

“Ersgebirge” 10 turdan sonra 6 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: