“Neftçi” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Arena.az xəbət verir ki, paytaxt təmsilçisi bu mərhələdə Bosniya və Herseqovinanın “Jelezniçar” komandası ilə qarşılaşacaq.
“Ağ-qaralar”ın yeni baş məşqçisi Adrian Mutu bu rəqiblə oyunlar üçün 26 futbolçu seçib. Onun sərəncamında 4 qapıçı, 8 müdafiəçi, 11 yarımmüdafiəçi və 3 hücumçu var.
Qapıçılar: 1. İvan Brkiç, 12. Emil Balayev, 30. Aqil Məmmədov, 93. Rza Cəfərov;
Müdafiəçilər: 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 26. Ömər Buludov, 27. Elton Əlibəyli, 41. Samir Həsənov, 44. Yuri Matias, 82. Rüfət Abbasov, 84. Hüseyn Babayev;
Yarımmüdafiəçilər: 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov, 10. Filip Ozobiç, 11. Kilan Lebon, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 23. Ataa Cabir, 27. Fərid Yusifli, 92. Ömər Qurbanov;
Hücumçular: 9. Mateus Saldanya, 77. Yeqor Boqomolski, 91. Ağadadaş Salyanski.
Xatırladaq ki, “Neftçi” ilə “Jelezniçar” arasında ilk oyun iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Cavab görüşü isə avqustun 3-də 8-ci km stadionunda keçiriləcək. Həmin qarşılaşmanın start fiti də saat 21:00-da səslənəcək.


