“Neftçi” – “Qarabağ” matçının tarixi dəyişdi – Formula 1-ə görə

Futbol üzrə Azərbaycan Premyer Liqanın 32-ci turunun “Neftçi” – “Qarabağ” qarşılaşmasının keçiriləcəyi tarix və saat dəyişdirilib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, matçın tarixinin dəyişdirilməsinə ölkəmizdə baş tutacaq Formula 1 üzrə Azərbaycan qran-prisi səbəb olub. Belə ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi 30 aprel saat 19:00-da yox, 2 may saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqanın 31-ci turundan sonra “Qarabağ” 78 xalla vahid liderdir. “Neftçi” isə 61 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: