Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”i mübarizədən kənarlaşdıran “Neftçi” tarixində 21-ci dəfə yarımfinala yüksəlib.
Arena.az xəbər verir ki, bu, turnirin tarixində mütləq rekorddur.
“Ağ-qaralar” həm də ardıcıl 4-cü dəfə finalın bir addımlığında olacaq.
Yarımfinalda iştirak sayında 2-ci olan “Qarabağ” isə 20-ci dəfə bu mərhələyə yüksəlib. Ağdam klubu yubiley uğurunu “Səbail”i keçməklə gerçəkləşdirib. Bölgə təmsilçisi ardıcıl ikinci dəfə yarımfinalda oynayacaq.
Xatırladaq ki, “Neftçi” yarımfinalda “Sabah”la, “Qarabağ” isə “Araz-Naxçıvan”la qarşılaşacaq. Yarımfinal görüşləri aprel ayında baş tutacaq.