“Neftçi” “Zenit”ə qol vurmasına peşman oldu

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” bu gün “Match TV” tərəfindən təşkil olunmuş beynəlxalq turnirdə ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, hazırda baş məşqçisiz olan “ağ-qaralar” Rusiyanın “Zenit” komandası ilə üz-üzə gəliblər.

Sankt-Peterburqdakı “Qazprom Arena”da baş tutan qarşılaşma Bakı təmsilçisi üçün uğursuz yekunlaşıb. Baxmayaraq ki, rusiyalı baş hakim Artyom Çistyakovun idarə etdiyi matçda hesabı məhz bakılılar açıblar. İlk qolu 39-cu dəqiqədə məhz Çistyakovun təyin etdiyi penaltidən dəqiq yararlanan Mateus Saldanya vurub. Amma Sankt-Peterburq təmsilçisi 49, 70 və 80-ci dəqiqələrdə vurulan qollar sayəsində meydanı əzmkar qələbə ilə tərk edib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi bu turnirdə növbəti oyununu iyulun 8-də Serbiyanın “Srvena Zvezda” komandasına qarşı keçirəcək. İyulun 12-də isə Türkiyənin “Fənərbaxça” komandası ilə görüş var.

“Match TV” turniri
1 iyul

Neftçi – Zenit 1:3
Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov
VAR hakimi: Sergey Tsıqanok.
Sankt-Peterburq, “Qazprom Arena”.

Neftçi: 1. İvan Brkiç, 4. Solomon Kverkveliya, 7. Azər Əliyev, 9. Mateus Saldanya, 11. Kilan Lebon, 14. Eddi İsrafilov (k), 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 22. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 5. Kenni Sayef, 10. Filip Ozobiç, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov, 84. Hüseyn Babayev, 91. Ağadadaş Salyanski, 92. Ömər Qurbanov.

Xəbəri sosial şəbəkələrdə paylaş: