“Neftçi” “Zenit”lə Bakıda yoldaşlıq oyunu keçirəcək

Azərbaycan təmsilçisi “Neftçi” bu ay Bakıda Rusiyanın “Zenit” (Sankt-Peterburq) komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, qarşılaşma noyabrın 18-də “Neftçi Arena”da təşkil olunacaq. Yoldaşlıq görüşünə saat 21:00-da başlanacaq. Qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Matçın biletlərinin tezliklə satışa çıxarılacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, “ağ-qaralar” bu ilin yayında Sankt-Peterburq şəhərində iştirak etdiyi “Matç TV Kuboku”nda da “Zenit”lə qarşılaşmışdı. Azərbaycan təmsilçisi həmin matçda 1:3 hesabı ilə məğlub olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: