Neymar Braziliya millisində nail olduğu qol rekordu haqda danışdı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun superulduzu Neymar Braziliya millisinin qol rekordçusu olmasından sonra açıqlama verib.

Arena.az bu barədə “AP News” portalına istinadən məlumat verir.

Xatırladaq ki, “Əl-Hilal”ın hücumçusu Braziliya yığmasının heyətində vurduğu 79 qolla, 77 qol vurmuş “Futbol Kralı” Peleni geridə qoyub.

“Çox xoşbəxtəm, mənim sözüm yoxdur. Bu rekordu qıracağımı heç düşünməzdim. Demək istəyirəm ki, bu o demək deyil ki, mən ondan (Peleni nəzərdə tutur – redaktorun qeydi) və ya millinin hər hansı digər oyunçusundan daha yaxşıyam. Mən həmişə milli komandada öz tarixçəmi yazmaq istəmişəm və bu gün buna nail oldum”.

Neymar bu rekorduna DÇ-2026-nın CONMEBOL zonası üzrə seçmə mərhələsini 1-ci turu çərçivəsində Boliviya yığmasına qarşı oyunda (5:1) “dubl” etməklər nail olub. Buna qədər o, qol sayına görə Pele ilə bərabər idi.

“Futbol Kralı”nın sağlığında heç kim onun Braziliya millisindəki qol rekordunu qıra bilməyib. Yalnız Neymara qol sayına görə Pele ilə bərabərləşmək müyəssər olmuşdu.

Beləliklə, Neymar 79 qolla Braziliya millisinin ən məhsuldar oyunçusudur. 31 yaşlı superulduz buna 125 oyunda nail olubsa, Pele 77 qolunu 92 oyuna vurmuşdu.

Maraqlıdır ki, qeyri-rəsmi statistika Pelenin Braziliya yığmasında 114 oyunda 95 qol vurduğunu təqdim edir və bu rəqmlər hələ də mübahisə doğurur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: