Neymar: “Braziliya millisindəki tarixim başa çatdı”

Futbol üzrə Braziliya milli komandasının tarixindəki ən məhsuldar oyunçu olan Neymar yığmadakı karyerasını başa vurduğunu bəyan edib.

Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu sosial şəbəkə hesablarında artıq yığmada oynamaq istəmədiyini bildirib:

“Fikrimcə, Braziliya milli komandasındakı tarixim başa çatdı. Bütün qəlbimi və həyatımı verdim, lakin indi daha bunu etmək istəmədiyimə inanıram”, – futbolçu vurğulayıb.

Neymar Braziliya millisində son oyununa dünya çempionatının (DÇ-2026) 1/8 finalında çıxıb. O, Norveçə 1:2 hesabı ilə uduzduqları görüşdə sonradan meydana daxil olub və əlavə olunmuş vaxtda penaltini dəqiq yerinə yetirərək 2023-cü ildən bəri milli komandadakı ilk qolunu vurub. Lakin bu qol Braziliyanı məğlubiyyətdən xilas etməyib.

Təcrübəli futbolçu milli komandanın heyətində keçirdiyi 130 oyunda 80 qol vurub və 59 məhsuldar ötürmə müəllifi olub. O, bu göstərici ilə Braziliya millisinin tarixinin ən yaxşı bombardiridir.

Neymar Braziliya yığması ilə 2013-cü ildə Konfederasiyalar Kubokunun, 2016-cı ildə isə Yay Olimpiya Oyunlarının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: