Braziliya millisinin və Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının ulduz hücumçusu Neymar futbol tarixində öz yerini qazandığına inanır.
Arena.az bu barədə “Globo Esporte”yə istinadən məlumat verir:
- Bəzən insanlar tamamilə xüsusi bir şəkildə mühakimə edirlər. Amma bu barədə düşünməyə xitam versən, məsələn, bütün komanda yoldaşlarım həmişə mənim haqqımda yaxşı danışırdılar. Yalnız oyunçu kimi yox, həm də bir insan kimi. Mənim üçün əhəmiyyətli olanı budur. Bu, mənim qoymaq istədiyim mirasdır. Təbii ki, tanrı mənə futbol istedadı bəxş edib. Əlbəttə, adım, tanrıya şükür, Braziliya millisinin tarixinə, futbol tarixinə düşüb, amma məni tanıyanların həyatına təsir etmək istəyirəm.
- Siz gələcəkdə necə qiymətləndiriləcəyinizi düşünürsünüzmü?
- Mən həmişə çox dürüst və səmimi olmuşam, heç vaxt heç nədən qorxmamışam. Karyeram boyunca bir neçə səhv etmişəm, amma hər şeyə rəğmən, mən həmişə doğru şeyi etmək, özünü düzgün aparmaq istəyən bir oğlan olmuşam. İstəyirəm ki, məni, hara getməyimdən asılı olamayaraq, həmişə fərqinə varan çox səmimi oyunçu kimi xatırlasınlar. Bu, mənim üçün çox dəyərlidir.
Xatırladaq ki, Neymar cari ilin yay transfer pəncərəsində PSJ-dən öz istəyi ilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib. Braziliyalı futbolçu zədələrdən bərpa kursunu bitirmək üzrədir. Bu səbəbdən o, hələ yeni klubunun heyətində debüt etməyib.
Neymarın keçidi “Əl-Hilal”a 90 milyon avroya başa gəlib. Halbuki, PSJ braziliyalı futbolçunu 2017-ci ildə “Barselona”dan 222 milyon avroya transfer etmişdi. Onun Paris klubuna keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır.


