Neymarın bu görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb oldu

Sosial şəbəkələrdə braziliyalı hücumçu Neymarın Səudiyyə Ərəbistanına köçdükdən sonra necə kökəldiyini əks etdirən şəkilləri yayılır.

Arena.az məlumat verir ki, artıq çəkisi ilə bağlı xəbərlərin şərhlərində futbolçu azarkeşlər tərəfindən tənqid edilir.

Bununla belə, Neymarın artıq çəkisi olduğunu düşünməyə əsas verən şəklin ya pis bucaq altında çəkildiyi ya da fotoredaktənin nəticəsi olduğu təxmin edilir. Vurğulanır ki, braziliyalı ulduz elə, əvvəlki kimi görünür, bu, eyni müsahibə zamanı çəkilmiş digər şəkildən də nəzərə çarpır.

Neymar cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Cari mövsümdə Neymar “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı vingerin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: