“Araz-Naxçıvan”ın müdafiəçisi Nihad Qurbanlı 2023/2024 mövsümünün ikinci hissəsini Premyer Liqa təmsilçisində keçirməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 22 yaşlı mərkəz müdafiəçisi bu mövsümün qalan hissəsində icarə əsasında MOİK-in heyətində çıxış edəcək. Anlaşmaya əsasən, futbolçu mövsümün sonuna – mayın 31-nə qədər Birinci Liqa təmsilçisinin heyətində yer alacaq.
Nihad Qurbanlı “Neftçi”nin yetirməsidir. 2022/2023 mövsümünü “Səbail”də keçirmiş müdafiəçi “Araz-Naxçıvan”a 2023-cü ilin iyul ayında qoşulub. Amma o, Naxçıvan təmsilçisinin heyətində cəmi 1 rəsmi matçda iştirak edib. Qurbanlı Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinib.
Xatırladaq ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl yarımmüdafiəçisi Bayraməli Qurbanovu da Birinci Liqa klubu “Difai”yə icarəyə verdiyini açıqlamışdı.


