Almaniyanın “Verder” klubunun yarımmüdafiəçisi Nikolay Rapp Bundesliqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 26 yaşlı dayaq yarımmüdafiəçisi 2-ci Bundesliqada mübarizə aparan “Kayzerslautern”ə keçib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Rappın bu mövsümün sonuna kimi icarə əsasında “Kayzerslautern”in uğurları üçün çalışacağı açıqlanıb.
Nikolay Rapp “Hoffenhaym”ın yetirməsidir. O, karyerası ərzində “Qroyter”, “Ersgebirge”, “Union Berlin”, “Darmştadt” kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi 2021-ci ilin iyunundan “Verder”in uğurları üçün çalışırdı. O, Almaniyanın U-16 və U-18 yığmalarında da forma geyinib.


