Noa Darvix “Barselona”nı “Ştutqart”a dəyişdi

İspaniyanın “Barselona” klubunun hücumeyilli yarımmüdafiəçisi Noa Darvix bundan sonra “Ştutqart”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

18 yaşlı yarımmüdafiəçi “Ştutqart”la 4 illik (2029-cu ilin yayına kimi) müqavilə imzalayıb. Bundesliqa təmsilçisi bu transfer üçün Kataloniya klubuna 1 milyon avro ödəyib.

Noa Darvix Almaniyanın “Ayntraxt” (Frayburq) və “Frayburq” klublarının futbol akademiyasından keçib. O, 2023-cü ilin avqustundan “Barselona”nın sistemində çıxış edirdi. İspaniya nəhəngi həmin vaxt Darvixin keçidi üçün “Frayburq”a 2,5 milyon avro ödəmişdi.

Vaxtilə U-16, U-17 və U-18-də də forma geyinmiş Darvix hazırda Almaniyanın gənclər yığmasında çıxış edir. O, U-21-in kapitanıdır.

“Transfermarkt” internet-portalı 18 yaşlı müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: