Bu mövsümün sonunda futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək ilk klubun adına aydınlıq gəlib. Arena.az xəbər verir ki, “Norviç Siti” sona üç tur qalmış elita ilə vidalaşıb.
Sözügedən komanda ölkə çempionatının 35-cu turunda “Aston Villa”nın qonağı olub. Rəqibinə 0:2 hesabı ilə uduzan Norviç təmsilçisi yüksək liqada qalmaq şanslarını itirib. Bunda “Bernli”nin “Uotford”la oyunda qələbə qazanması da böyük rol oynayıb.
21 xalla sonuncu – 20-ci pillədə olan “Norviç Siti” son üç mövsümdə ikinci dəfə Premyer Liqanı tərk edəcək.


