Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Litva 1-ci Liqasının 18-ci turu çərçivəsində baş tutan “Riteryay 2” ilə matçın iştirakçısı olub.
“Yonava” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:3.
Nurlan Novruzov bu matçın 77-ci dəqiqəsində meydana buraxılıb. Əvvəlki turlarda 1 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.
Bu, mövsümə çox uğursuz başlamış “Yonava”nın ardıcıl 2-ci, bütövlükdə isə 14-cü məğlubiyyətidir. Komanda qalan oyunlarından 2-də qalib gəlib, 2-də də heç-heçə edib.
“Yonava” geridə qalan 18 turdan sonra 8 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.


