Nurlan Novruzov 26 dəqiqə oynadı, “Yonava” yenə uduzdu

Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Litva 1-ci Liqasının 29-cu turu çərçivəsində “Ekranas”la qarşılaşıb.

“Yonava” səfərdə üz-üzə gəldiyi bu rəqibə 3:4 hesabıyla məğlub olub. 64-cü dəqiqəyə qədər 4 cavabsız qol buraxan futbolçumuzun komandası 79, 85 və 87-ci dəqiqələrdə 3 qol vursa da, bundan artığına gücü çatmayıb.

Nurlan Novruzov bu matçın 64-cü dəqiqəsində meydana buraxılıb. Əvvəlki turlarda 1 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.

Bu, çox uğursuz mövsüm keçirən “Yonava”nın 18-ci məğlubiyyətidir. Komanda əvvəlki turlarda cəmi 3 qələbə qazanıb, 2 oyunda heç-heçə edib.

“Yonava” hazırda 11 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: