Nurlan Novruzov 90 dəqiqə oynadı, 5 qola üzüldü

Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Litva 1-ci Liqasının 13-cü turu çərçivəsində baş tutan “BE1 NFA” ilə matçın iştirakçısı olub.

“Yonava” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:5.

Nurlan Novruzov bu matça start heyətdə çıxıb və sonadək mübarizə aparıb. Əvvəlki turlarda 1 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.

Bu, mövsümə çox uğursuz başlamış “Yonava”nın 10-cu məğlubiyyətidir. Komanda qalan oyunlarından ikisində qalib gəlib, birində isə heç-heçə edib.

“Yonava” geridə qalan 13 turdan sonra 7 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: