Nurlan Novruzov 91 dəqiqə oynadı, komandası uduzdu

Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Litva çempionatının 27-ci turu çərçivəsində baş tutan “Marijampole Siti” ilə matçın iştirakçısı olub.

“Yonava” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:2.

Nurlan Novruzov bu matça start heyətdə çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 1 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.

Bu, mövsümə çox uğursuz başlamış “Yonava”nın 9-cu məğlubiyyətidir. Komanda qalan oyunlarından ikisində qalib gəlib, birində isə heç-heçə edib.

“Yonava” geridə qalan 12 turdan sonra 7 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: