Nurlan Novruzov 94 dəqiqə oynadı, yenə məğlubiyyətə üzüldü

Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Litva 1-ci Liqasının 30-cu turu çərçivəsində baş tutan “Neptunas”la matçın iştirakçısı olub.

“Yonava” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan növbəti məğlubiyyətlə ayrılıb – 0:2.

Nurlan Novruzov bu matça start heyətdə çıxıb və sonadək mübarizə aparıb. Əvvəlki turlarda 1 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.

Bu, mövsümə çox uğursuz başlamış “Yonava”nın ardıcıl 4-cü, bütövlükdə isə 12-ci məğlubiyyətidir. Komanda qalan oyunlarından ikisində qalib gəlib, birində isə heç-heçə edib.

“Yonava” geridə qalan 15 turdan sonra 7 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: