Nurlan Novruzov bir hissə oynadı, “Yonava” 3 qola üzüldü

Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Litva 1-ci Liqasının 25-ci turu çərçivəsində “BFA Vilnüs” kollektivi ilə qarşılaşıb.

“Yonava” doğma meydanda üz-üzə gəldiyi bu rəqibə 0:3 hesabıyla məğlub olub.

Nurlan Novruzov bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib. Əvvəlki turlarda 1 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.

Bu, çox uğursuz mövsüm keçirən “Yonava”nın 19-cu məğlubiyyətidir. Komanda əvvəlki turlarda cəmi 3 qələbə qazanıb, 2 oyunda heç-heçə edib.

“Yonava” hazırda 11 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: