Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Litva 1-ci Liqasının 20-ci turu çərçivəsində “Şaulyay 2” ilə qarşılaşıb.
“Yonava” səfərdə üz-üzə gəldiyi bu rəqibinə 2:3 hesabıyla məğlub olub.
Nurlan Novruzov matça start heyətdə başlayıb və fasilədə əvəzlənib. Əvvəlki turlarda 1 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.
Bu, mövsümə çox uğursuz başlamış “Yonava”nın 16-cı məğlubiyyətidir. Komanda qalan oyunlarında cəmi 2 qələbə qazanıb, 2 heç-heçə edib.
“Yonava” geridə qalan 20 turdan sonra 8 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.


