Nurlan Novruzov Latviya çempionatında qol hesabını açdı

Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Litva çempionatının 10-cu turu çərçivəsində baş tutan “Baltiyos” ilə matçın iştirakçısı olub.

“Yonava” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası üç qolun qeydə alındığı qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:2.

Nurlan Novruzov bu matçın 90-cı dəqiqəsində meydana buraxılıb. Komandasının yeganə qolunu da azərbaycanlı hücumçu vurub. O, 90+4-cü dəqiqədə vurduğu təsəlli qolu ilə matçın yekun nəticəsini müəyyənləşdirib. Bu, onun Latviya çempionatındakı ilk qoludur.

Mövsümə çox uğursuz başlamış “Yonava” əvvəlki oyunlarından yalnız birində qələbə qazanıb, birində də heç-heçə edib. Qalan səkkiz qarşılaşma isə məğlubiyyətlə başa çatıb.

“Yonava” 10 turdan sonra 4 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.