Nurlan Novruzov Litva klubunda debüt etdi

Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasında ilk rəsmi matçına çıxıb. Arena.az xəbər verir ki, o, Litva çempionatının 6-cı turu çərçivəsində baş tutan “Qarliava” ilə matçın iştirakçısı olub.

“Yonava” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası iki qolun qeydə alındığı qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1.

Nurlan Novruzov debüt matçında meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb. Onun debütünü hardasa uğurlu da adlandırmaq olar. Belə ki, “Yonava” bu oyunda cari mövsümdəki ilk xalını qazanıb. Bu komanda əvvəlki beş oyunun hamısından məğlubiyyətlə ayrılmışdı.

Beləliklə, “Yonava” 6 turdan sonra 1 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: