Nurlan Novruzov oynamadı, komandası 4 qola üzüldü

Azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi Litvanın “Yonava” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Litva 1-ci Liqasının 17-ci turu çərçivəsində “Transinvest”lə qarşılaşıb.

“Yonava” doğma meydanda üz-üzə gəldiyi bu rəqibinə 0:4 hesabıyla məğlub olub.

Nurlan Novruzov bu matçın iştirakçısı olmayıb. Əvvəlki turlarda 1 qol vurmuş azərbaycanlı hücumçunun adı bu dəfə iştirak ərizəsinə də daxil edilməyib.

Bu, mövsümə çox uğursuz başlamış “Yonava”nın 13-cü məğlubiyyətidir. Komanda qalan oyunlarında cəmi 2 qələbə qazanıb, 2 heç-heçə edib.

“Yonava” geridə qalan 17 turdan sonra 8 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: