Nurlan Novruzov üçün 87 dəqiqə və 3 xal

Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Litva çempionatının 11-ci turu çərçivəsində baş tutan “Babrunqas” ilə matçın iştirakçısı olub.

“Yonava” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası beş qolun qeydə alındığı qarşılaşmadan qələbə ilə ayrılıb – 3:2.

Nurlan Novruzov bu matça start heyətdə çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Ötən tur qol hesabını açan azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.

Bu, mövsümə çox uğursuz başlamış “Yonava”nın ikinci qələbəsidir. Komanda daha bir oyunda heç-heçə edib, qalan səkkiz qarşılaşmada isə məğlubiyyətə üzülüb.

“Yonava” 11 turdan sonra 7 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: