Nurlan Novruzov üçün bir hissə və 3 xal

Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Litva 1-ci Liqasının 21-ci turu çərçivəsində “Qarliava” ilə qarşılaşıb.

“Yonava” doğma meydanda üz-üzə gəldiyi bu rəqibinə 2:1 hesabıyla qalib gəlib. 9-cu dəqiqədə hesabı açan meydan sahibləri 71-ci dəqiqədə də qələbə qoluna imza atıblar.

Nurlan Novruzov matça start heyətdə başlayıb və fasilədə əvəzlənib. Əvvəlki turlarda 1 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.

Bu, çox uğursuz mövsüm keçirən “Yonava”nın 3-cü qələbəsidir. Komanda bundan əvvəli 9 oyununda qələbəyə həsrət qalmışdı. “Yonava” həm də 4 oyun idi xal qazana bilmirdi. Komanda qalan oyunlarında cəmi 2 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb.

“Yonava” geridə qalan 21 turdan sonra 11 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: