Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Litva 1-ci Liqasının 17-ci turu çərçivəsində “Panevejis”in B kollektivi ilə qarşılaşıb.
“Yonava” səfərdə üz-üzə gəldiyi bu rəqibə 1:4 hesabıyla məğlub olub. 11-ci dəqiqədə hesabı açan qonaqlar qalan dəqiqələrdə 4 qol buraxmaqla meydanı xalsız tərk ediblər.
Nurlan Novruzov bu matçın 68-ci dəqiqəsində meydana buraxılıb. Əvvəlki turlarda 1 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.
Bu, çox uğursuz mövsüm keçirən “Yonava”nın 17-ci məğlubiyyətidir. Komanda əvvəlki turlarda cəmi 3 qələbə qazanıb, 2 oyunda heç-heçə edib.
“Yonava” geridə qalan 22 turdan sonra 11 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.


