Nurlan Novruzov üçün Litvada 66 dəqiqə və 1 xal

Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Litva 1-ci Liqasının 16-cı turu çərçivəsində baş tutan “Kauno Jalgiris 2” ilə matçın iştirakçısı olub.

“Yonava” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan heç-heçə ilə ayrılıb – 0:0.

Nurlan Novruzov bu matça start heyətdə çıxıb və 66 dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 1 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.

Bu, mövsümə çox uğursuz başlamış “Yonava”nın 2-ci heç-heçəsidir. Komanda qalan oyunlarından 2-də qalib gəlib, 12-də isə məğlub olub.

“Yonava” geridə qalan 16 turdan sonra 8 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: