Azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi Litvanın “Yonava” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Litva 1-ci Liqasının 19-cu turu çərçivəsində “Miniya” ilə qarşılaşıb.
“Yonava” doğma meydanda üz-üzə gəldiyi bu rəqibinə 1:2 hesabıyla məğlub olub.
Nurlan Novruzov bu matçın iştirakçısı olmayıb. Əvvəlki turlarda 1 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə sonadək ehtiyatda qalıb.
Bu, mövsümə çox uğursuz başlamış “Yonava”nın 15-ci məğlubiyyətidir. Komanda qalan oyunlarında cəmi 2 qələbə qazanıb, 2 heç-heçə edib.
“Yonava” geridə qalan 19 turdan sonra 8 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.


