“Nyukasl” millinin qapıçısı ilə gücləndi

İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bernli”nin qapıçısı Nik Poupu transfer edib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.

“Nyukasl”ın bu transferə görə Premyer Liqanı tərk edən “Bernli” klubuna təxminən 11.5 milyon funt-sterlinq ödədiyi iddia olunur.

İngiltərə yığmasının da qapıçısı olan Nik Poul 2016-cı ildən “Bernli”də çıxış edirdi. O, geridə qalan mövsümdə 36 oyuna çıxıb və qapısından 47 top buraxıb. İngilis qolkiper 15 matçda da qapısını toxunulmaz saxlamış və yekunda Premyer Liqanın ən yaxşı 11 futbolçusu sırasına düşmüşdü.

“Nyukasl” daha öncə “Aston Villa”dan Matt Targetti transfer etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: