Olivye Jiru rəmzi komandaya ən yaxşı qapıçı seçildi

“Milan”ın fransız hücumçusu Olivye Jiru İtaliya A Seriyasının 8-ci turunun rəmzi komandasına qapıçı kimi daxil edilib.

Arena.az bu barədə A Seriyasının mətbuat xidmətinə istinadə məlumat verir.

Xatırladaq ki, Jiru İtaliya A Seriyasının 8-ci turu çərçivəsində səfərdə “Cenoa” üzərində 1:0 hesablı qələbə qazandıqları oyunda, əvəzetmə ehtiyatı tükəndiyi üçün “rossoneri”nin meydandan qovulmuş fransalı qapıçısı Mayk Menyanın yerinə qapıda dayanmışdı. Jiru işinin öhdəsindən məharətlə gələrək, oyun məqamların birində komandasını qoldan xilas edə bilib. Belə ki, Olivye Jiru rəqib oyunçunu qarşılamağa atılaraq, zərbədən əvvəl topu əli ilə vurub çıxara bilmişdi.

Daha əvvəl “Milan”ın Jirunun soyadı və nömrəsi ilə qapıçı köynəklərinin satışına başladığı haqda məlumat verilmişdi.