“Milan”ın fransalı hücumçusu Olivye Jiru komanda yoldaşı, portuqal hücumçu Rafael Leaonu PSJ-nin ulduzu Kilian Mbappe ilə müqayisə edib.
Arena.az “La Gazetta dello Sport”a istinadən Jirunun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Leanın heyrətamiz oyun keyfiyyətləri və gələcək tərəqqi üçün imkanları var. Bu futbolçu Kilian Mbappe səviyyəsinə yüksələ bilər. Amma o, statistikasını yaxşılaşdırmalıdır. Əlbəttə ki, onun artmaq üçün potensialı var”, deyə Jiru bildirib.
Geridə qalmış 2022/2023 mövsümündə Leao “Milan”ın heyətində 48 oyuna çıxıb, 16 qol vurub, 15 məhsuldar ötürmə verib.
Leoanun “Milan”la müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 24 yaşlı Rafael Leaonu 90 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, yeni mövsümdə Leao “Milan”da 10 nömrə altında çıxış edəcək.