Misirin “Əl-Mukavlun” klubunun gənc müdafiəçisi Omar Fayed bundan sonra “Fənərbaxça”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Fənərbaxça” müdafiə xəttini yeni futbolçu ilə gücləndirib. İstanbul təmsilçisi “Əl-Mukavlun” klubundan Omar Fayedi transfer edib. 20 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik (2027-ci ilin yayına kimi) müqavilə imzalanıb. Türkiyə nəhəngi bu transfer üçün Misir klubuna 551 min avro təzminat ödəyib.
Omar Fayed “Əl-Mukavlun” klubunun öz yetirməsidir. Misirli oyunçu bu klubun əsas komandasında 29 rəsmi matça çıxıb. Gənc müdafiəçi ölkəsinin U-20 və U-23 yığmalarına da dəvət alır.


