“Omoniya” – “Qarabağ” matçı şotlandlara tapşırıldı

Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Omoniya” – “Qarabağ” matçının hakimləri müəyyənləşib. Arena.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadasına tapşırıb.

Qarşılaşmanın baş hakimi FİFA referisi Bobbi Madden olacaq. Ona yan xətt hakimləri Devid Rum və Alan Malvenni kömək edəcək. Dördüncü hakim funksiyasını Kreyq Napyer olacaq.

Sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda baş tutacaq “Omoniya” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.