Orelyen Tçuameni “Real”dan ayrılmaq istəmir

“Real”ın və Fransa yığmasının dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni bu yay transfer pəncərəsində klubu tərk etmək niyyətində deyil.

Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Tçuameni “qaymaqlılar”ın start heyətində yerini qaytarmaq istəyir. O, yay “Real”a keçmiş Cud Bellingem də daxil olmaqla, digər oyunçuların rəqabətindən qorxmur.

“Kral klubu”nun Tçuamenini vacib və perspektivli futbolçu hesab etdiyi vurğulanır.

Orelyen Tçuameni “Real”a keçən yay “Monako”dan transfer edilib. 23 yaşlı futbolçu 2022/2023 mövsümünün ilk yarısında “Real”ın heyətində müntəzəm çıxış etsə də, Qətərdəki dünya çempionatından sonra əsas mövqeyini tədricən itirməyə başlayıb.

Geridə qalmış mövsüm ərzində Tçuameni “Real”ın heyətində 50 oyun keçirib, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Orelyen Tçuamenini 85 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: