Paskal Qross Dortmund “Borussiya”sında – Rəsmi

“Brayton”un alman mərkəz yarımmüdafiəçisi Paskal Qross bundan sonra Dortmund “Borussiya”sının uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Keçid Dortmund klubuna 7 milyon avro məbləğində başa gəlib. Qross “Borussiya” ilə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Qross “Borussiya”ya keçidi ilə bağlı fikrini ifadə edib: “Bu dəyişiklik mənim üçün böyük əhəmiyyət kəsb edir, çünki uşaqlıqdan Dortmund klubunun azarkeşi olmuşam. Mən öz səmərəmlə klubun etimadını doğrultmağa çalışacağam və yeni komanda yoldaşlarımla “Siqnal İduna Park”da Dortmund “Borussiya”sının azarkeşləri qarşısında oynamaq və böyük məqsədlərimizə çatmağımızı təmin etmək məqsədilə hər kəslə işləmək intizarındayam”, deyə alman futbolçu bildirib.

Paskal Qross futbola “Nekkarau” klubunda qədəm qoyub. Buradan “Hoffenhaym”a yol tapmış müdafiəçi böyük futbolda elə, “kəndçilər”in heyətində debüt edib. Qross karyerası ərzində “Karlsrue”, “İnqolştadt” və “Brayton”da çıxış edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Qross “qağayılar”ın heyətində bütün yarışlarda 47 oyun keçirib, 5 qol vurub və 13 məhsuldar ötürmə verib. Alman müdafiəçinin “Brayton”un heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 261 oyun, 32 qol, 52 məhsuldar ötürmə.

Paskal Qross 2023-cü ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 8 oyun keçirib, 1 qol vurub.

Paskal Qrosun qənimətlər muzeyində yeniyetmələr arasında (U-17) “Hoffenhaym”la Bundesliqa çempionluğu, həmçinin “Hoffenhaym”ın U-19 komandası ilə Almaniya Kuboku və “İnqolştadt”la 2-ci Bundesliqa çempionluğu var.

“Transfermarkt” internet-portalı 33 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Brayton” qapıçısı Tom Makqili də “Milton Kins-Dons”a icarəyə verib. 24 yaşlı qolkiper qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.

“Brayton”un yetirməsi olan Tom Makqill bu klubun əsas komandasında debüt şansı qazanmayıb. Bu üzdən də o, “Uortinq”, “Qrinviç”, “Beyzinqstok Taun”, “Krouli Taun” kimi klublarda icarədə olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı qapıçının transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: