“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsinin son turunda səfərdə Mozambikə 1:0 hesabı ilə qalib gəldikləri oyunda forma geyinib.
28 yaşlı futbolçu start heyətdə yer alıb. Patrik Andrade 61-ci dəqiqədə – komandası hesabda 1:0 öndə olarkən meydanı tərk edib.
Bu qələbə ilə Kabo-Verde millisi qrupu 10 xalla 2-ci pillədə tamamlayıb və Afrika Millətlər Kubokunun final mərhələsinə yüksəlib.
Mozambik yığmasının heyətində isə “Zirə”nin hücumçusu Klesio Bauk sözügedən matçda iştirak edib. Bauk, qarşılaşmanın 70-ci dəqiqəsində meydana buraxılıb.


